вторник, 2 апреля 2013 г.


                      Niyə  Marketinqi seçirəm?

     “Marketinq” – hər  bir  iş , hər  bir  addım  bu  sözü  eşitdiyim  andan başladı. Bəzən   bir  çoxlarına  nağıl  kimi  gələn  və  əlçatmaz  olan  yerlər  hərdən  bir  çoxlarının  həllədici  başlanğıc  nöqtəsi  və  ya  dönüş  nöqtəsi  olur. Mənim   də başlanğıcım  məhz   yorulmadan,  bezmədən,  saatlarca  təkrarlaya  biləcəyim “Marketinq”  ilə  oldu .Ümumiyyətlə,  nəinki  marketinqdə  elecə  də  digər peşələrə  də  sadəcə   peşə  kimi  deyil,  həyat  fəlsəfəsi  kimi  baxmaq  lazım olduğunu  duşünürəm. Necə  ki  nəfəs  almaq  və  yaşamaq  ayrı-ayrı  anlayışlardır. Yəni  işləmək  başqa,  sevdiyin  işlə  məşğul  olub  yaşayıb  yaratmaq  başqa  bir həyatdır.
     İzlədiyim  videoların  birində  insanların  gözündə  marketoloqların  “yalançı” kimi  göründüyü  deyilirdi. Bu  haqda  çox  fikirləşdim  və  niyə  məhz  yalançı?  bu  suala  cavab  tapmağa  çalışdım. Nəhayət,  belə  qərara  gəldim  ki , bu  ancaq marketinqdən  anlayışı  olmayan  insanlara  məxsus  bir  düşüncə  ola  bilər. Çünki əksinə  marketinqin  iş  prinsipi  yalanlar ı iflasa  uğratmaqdan  ibarətdir. Marketinqə  verilən  tərifdə  deyildiyi  kimi-  marketinq  istehlakçıların tələbatlarını,  onların  nə  istədiklərini  daha  yaxşı  öyrənməkdir. Bu  istiqamətdə də  işlər  aparmaq  üçün  doğru  olanları  seçmək  lazım  gəlir  ki,  bu  da  qeyd etdiyim  düşüncəni  iflasa  uğradır.

     Bir az  əvvələ  qayıtmaq  və  bəzi  mühüm  nüansları  qeyd  etmək istəyirəm. Gəlin  düşünək  öncədən  sadəcə  kütləvi  şəkildə  istehsal  gedirdi. İstehlakçının istəyi,  tələbatı  nəzərə  alınmadan  müəyyən  məhsullar  istehsal  olunurdu.İnsanlar da  sanki  belə  olmalıymış   kimi  həmin  məhsulları  alıb  istehlak edirdilər. (istifadə edirdilər) Yəni,  seçim  azadlığı  yox  idi.Nə  var  idi  isə  onunla  da  qane olmalı  idin. Həqiqətən  də  çox  mürəkkəb  bir  vəziyyət  alınmışdı.Ancaq  ən təəccüblüsü  isə  o  idiki  belə  bir  halda  da  razı  olanlar  azlıq  təşkil  etmirdi. İndi  bəs  necədir? Hər  an  hər  dəqiqə  insanların  tələbatlarını  daha  yaxşı ödəmək  məqsədilə  yeni  məhsul  istehsal  etmək  üçün  düşünən  beyinlər mövcuddur.  Məhz  bu  beyinlər  insanları  yüksək seçimlə,  rahatlıqla  təmin edir. Bir sözlə - atılan  hər  bir  addım  ilk  öncə  insanları  düşünərək atılır. Nəticədə  isə yüksək   səviyyəli  və  keyfiyyətli  bir  xidmət  ortaya  çıxır.Gəlirəm  əsas  məsələyə  bəs  bütün  bunların  əsasında  hansı  düşünən  beyinlər  durur?Cavabımı indi  də  həmişə də  çox  qürur  hissi  ilə  deyəcəm :  “Marketoloqlar”.  Bəli, istehakçı  tələbatının  elecə  də  biznes  mühitinin  nəbzini  tutan  məhz  bu insanlardır.

      İndi  isə  məni  marketinqə  bağlayan  2  əsas  məsələni  qeyd  etmək  istəyirəm:
1.İnsan  amili- bu  məni  marketinqdə  cəlb  edən  ən əsas  məsələdir. Böyük büdcəyə  sahib  olan  bir  şirkət  ola  bilər.Hətta  dünya  miqyasında  tanınmış  bir holdinq  də  ola  bilər. Ancaq  hər  iki  halda  bu  uğurun  əsasında  ən  başda insan (müştəri)  dayanır. Çünki  nə  istehsal  etməyindən  nə  xidmət  göstərməyindən asılı  olmayaraq  ilk öncə  sənin müştərin  olmalıdır ki,  onsuz sən  heç kimsən. Məhz bu  yerdə  də  marketoloq  dövriyyəyə  girir. Potensial  müştəriləri  tapır, onların  nə  istədiklərini  öyrənməyə çalışır. Bu  prosesdən  sonra  effektli  bir biznes  fəaliyyəti  haqqında  danışmaq  olar. Göründüyü  kimi  nailiyyətin  əsasında  insan (müştəri)  və  onu  müəyyən  edən marketoloq durur. Yəni marketinq  əvəzolunmazdır.
2.İnformasiya  amili –  bu  demək  olar  ki,  marketoloqun  işində  çox  maraqlı  və  çox  da  çətin  bir  fəaliyyətdir. Qeyd  etmək  lazımdır  ki,  hal-hazırda informasiya  müharibəsi  gedən  bir  dövrdə  yaşayırıq  və   lazımi  informasiyaları seçmək,  onları  nəzarətdə  saxlamaq  mürəkkəb  məsələlərdən  birinə çevrilmişdir. Yaxşı  marketoloq  olmaq  üçün  isə  daima  informasiya  ilə  işləmək  lazım gəlir. Kim  çox  informasiyaya  malikdirsə  o  da  qalib  olur. Ancaq  çox  dediyimdə nəzərdə  tutduğum  lazımsız  informasiya  artıqlığı  deyil. Çünki  bu  yanlış  yerə aparır. Beləliklə  bu  amilin  (informasiyanın)   əsas  müştərisinin  marketoloqlar olduğunu  deyə  bilərik.
    Sonda  isə  qeyd  etmək  istərdim  ki,  mən  marketinqin  artıq  bir  müalicə  üsulu  olduğunu  düşünürəm. İstehlakçının  şikayətlərini  nəzərə  alaraq  onun dərdinə  çarə  tapmağa çalışan  marketoloqlara  isə  “Biznesdoctorman”  adını vermək  olar. Bütün  bu  yazdıqlarıma  görə   mən  məhz   “Marketinqi”  seçirəm və  Niyə  də  Marketinq  yox ?  deyirəm!