суббота, 9 марта 2013 г.

İlkin Manafovdan bloq yazısı


Salam.Bu gün marketoloq olum? Ola bilərəm?Yoxsa…….? Sualına cavab tapmaq üçün çox maraqlı və faydalı bir yazını sizin ixtiyarınıza veririk .                                                                                                       Əziz oxucu, bu bloq yazımda mən gənc bloqçu dostumuz Cavid bəyin dəyərli bloqundan istifadə edirəm.
Mən Sizinlə bu yazıda uğurlu marketoloq olmaq üçün ən vacib şərtlərdən biri olan peşəyə qarşı sevgidən danışacam. Beləliklə başlayaq?!
Məndən soruşan olsa ki, dünyada ən sevdiyiniz peşə nədir?! Mən heç düşünmədən marketoloq deyərdim. Həqiqətəndə bu peşə insanda ətrafdakıları daha düzgün başa düşməyə təmin edir, həqiqətəndə bu peşə insanda sərhədsiz düşüncə və ən əsası ətrafdakı proseslərə, insanlara qarşı sevgi aşılayır. Marketinq bizə yalnız insanları sevməyi öyrətmir, həmçinin izah edir ki, sevgigiz marketinq olmaz. Bilirsiz niyə?!
Dostlar bizim peşədə uğur qazanmaq öz üzərində ciddi işləmək lazımdır. Deyə bilərsiniz ki, bu bütün peşələrdə belədir. Düzdür. Lakin marketoloq digər peşə sahibləri ilə müqayisədə daha çox oxumalı, daha çox düşünməlidir. Səbəbi çox sadədir. İnsan yer üzərində ən dəyişkən canlıdır, biz marketoloqlar isə öz işimizi məhz insan ehtiyyaclarının üzərində qururuq. Artıq yalnız insanların ettiyyaclarını öyrənmək və bu ehtiyyacları ödəmək azdır... bügün biz yeni ehtiyyaclar yaratmalıyıq!!!
Dostlar bizim peşədə uğur qazanmaq üçün cəmiyyətdə gedən yeni tendensiyaları vaxtında və düzgün görmək vacibdir. Marketoloq yalnız, marketinq bilməli deyil. Holliwooda yeni kino çıxıb, birinci marketoloq təhlil etməlidir, yeni rep-ulduzu çıxıb birinci biz baxmalıyıq, birinci fast-food tipi çıxıb (misal üçün) yenədə birinci biz başa düşməliyik. Səbəb?! Səbəb cəmiyyətdə baş verən tendensiyaları biz düzgün qəbul etməli və öz istəklərimizə uyğun dəyişməliyik.
Dostlar bizim peşədə uğur qazanmaq üçün keçmiş haqqında dolğun məlumata sahib olmalıyıq. Bəzən marketoloq tarixi, tarixçilərdəndə yaxşı bilməlidir, bəzən marketoloq etnoqrafiyanı öyrənməlidir, bəzən marketoloq psixoloqiyanı... və s. Bilirsizdə bunun üçün nə qədər insan enerjisi lazımdır?! Əlbətdə bilirsiz.
Bəs Sizcə bunun üçün marketoloqa nə stimul olmalıdır?!
Maddi motivasiya?! Maddi motivasiya işçiyə 3 ay təsir edə bilər... bundan sonra?! Bundan nə olacaq?! Bundan sonra əgər işə sevgi varsa... motivasiya qalacaq, olmasa heç bir pul bunu kompensasiya edə bilməz. Ən qorxulusu isə budur ki, yalnız pula görə işləyəndə işdə uğur qazanmaq olmur, uğur üçün ürək lazımdır. Urəkli olmaq üçün isə, işə sevgi...
Öz peşənə sevgi ilə yanaşırsansa, bu uğurun əsasıdır! İnsanda hər şeydən bezə bilər, lakin sevdiyi işdən bezməz. Sevdiyin işi görmək, özü bir dincəlməkdir. Bu iş marketinq kimi, intelektual düşüncə tələb edirsə, sevgi türklər demiş "olmazsa, olmaz" olur.
Əsl marketoloq olmaq üçün öz işinə sevgi olmalıdır. Bu sevgi olmadan bu qədər işi ürəklə görmək mümkün deyil. İşinizə sevgi ilə yanaşın dostlar və ya daha asand yolu var: "Yalnız sevdiyiniz işləri edin!"
Mən demək olar ki, işləmirəm. Çünki gördüyüm hər bir iş mənə həzz verir. Bu əladır! Hər birinizə marketinqdən (işdən, həyatdan) həzz almağı arzulayıram.
Müəllif: PhD of Marketing, İlkin Manafov
Şəxsi bloq: www.ilkinmanafov.com

суббота, 2 марта 2013 г.


                Marketinq dənizinin sahilində yürüyürük

     Əmin olun marketinqdə böyük rolu olan Filip Kotler insanlara bu sözün nə olduğunu başa salmaq üçün gəmidə sahil görəndə Torpaq! Torpaq! Torpaq! deyə qışqıran matros kimi Marketinq! Marketinq! Marketinq!  deyə səs-küy salmayıb.Bu sözü ona görə dedim ki, marketinqi sözlə deyil,görülən işlə, effektli nəticə ilə insanlara başa salmaq lazımdır.Artıq marketinqin dünya praktikasında 2000-dən çox tərifi verilmişdir.Bu təriflərin əsas mənası demək olar ki, eyni olsa da   bunların hamısını hər hansısa bir auditoriyada sadalasaq, ordakı insanların çox az bir hissəsi eyni mənanı başa düşəcək.Qalanları isə fikir qarışıqlığı yaşayacaq.Ona görə də “az söz çox iş” prinsipi ilə hərəkət etmək daha effektiv olar.Ancaq bəzən nə görülən iş, nə də deyilən söz fayda vermir desək yanılmarıq.Çünki insanların düşüncə tərzi də fərqlidir.Xaricdə marketinq daha yaxşı işləyir deyə bilərik.Sanki orda yaşayanlar onlara nəyin lazım olduğunu daha tez görə bilirlər.Görülən adi bir işə  belə dəyər verməyi bacarırlar.Bizdə isə hələ ki,  “əşşi neyləyirəm onu” işlənən bu ifadə qüvvədədir.Yəni ki, bizim insanlarımızın biznes cəhətdən olan düşüncələrinin yenilənməyə ehtiyacı vardır.Çünki mən əminəm ki,  bayaq dediyim ifadə ucbatından çox insanlar uğurlu biznes gələcəklərinin üstündən xətt çəkiblər.Əsas fikir,düşüncə dəyişməyincə də belə xətlərin sayı çox olacaq.
Marketinqə mənim baxışım isə budur ki, marketinq bir dənizdir və bu dənizdə qayıqla da, gəmi ilə də və ya bu vasitələr olmadan da irəliləyənlər var.Əlbəttə ki boğulanlar da var.Bizim insanların bu sahədə düşüncəsi isə hələ bu dənizi sahildən izləməyə şərait yaradır.İnanıram ki, bizim cəmiyyətimiz çox yaxın gələcəkdə bu dənizi sahildən yox gəminin içindən izləməyə imkan verəcək dərəcədə marketinqi dərk edəcəkdir.Konsepsiyalarla, qaydalarla bir sözlə, elmi dildə danışıb sizi yormaq istəmədim.Sadəcə marketinqi mənim gözümlə də görməyiniz üçün çalışdım.Uğurlar!