суббота, 2 марта 2013 г.


                Marketinq dənizinin sahilində yürüyürük

     Əmin olun marketinqdə böyük rolu olan Filip Kotler insanlara bu sözün nə olduğunu başa salmaq üçün gəmidə sahil görəndə Torpaq! Torpaq! Torpaq! deyə qışqıran matros kimi Marketinq! Marketinq! Marketinq!  deyə səs-küy salmayıb.Bu sözü ona görə dedim ki, marketinqi sözlə deyil,görülən işlə, effektli nəticə ilə insanlara başa salmaq lazımdır.Artıq marketinqin dünya praktikasında 2000-dən çox tərifi verilmişdir.Bu təriflərin əsas mənası demək olar ki, eyni olsa da   bunların hamısını hər hansısa bir auditoriyada sadalasaq, ordakı insanların çox az bir hissəsi eyni mənanı başa düşəcək.Qalanları isə fikir qarışıqlığı yaşayacaq.Ona görə də “az söz çox iş” prinsipi ilə hərəkət etmək daha effektiv olar.Ancaq bəzən nə görülən iş, nə də deyilən söz fayda vermir desək yanılmarıq.Çünki insanların düşüncə tərzi də fərqlidir.Xaricdə marketinq daha yaxşı işləyir deyə bilərik.Sanki orda yaşayanlar onlara nəyin lazım olduğunu daha tez görə bilirlər.Görülən adi bir işə  belə dəyər verməyi bacarırlar.Bizdə isə hələ ki,  “əşşi neyləyirəm onu” işlənən bu ifadə qüvvədədir.Yəni ki, bizim insanlarımızın biznes cəhətdən olan düşüncələrinin yenilənməyə ehtiyacı vardır.Çünki mən əminəm ki,  bayaq dediyim ifadə ucbatından çox insanlar uğurlu biznes gələcəklərinin üstündən xətt çəkiblər.Əsas fikir,düşüncə dəyişməyincə də belə xətlərin sayı çox olacaq.
Marketinqə mənim baxışım isə budur ki, marketinq bir dənizdir və bu dənizdə qayıqla da, gəmi ilə də və ya bu vasitələr olmadan da irəliləyənlər var.Əlbəttə ki boğulanlar da var.Bizim insanların bu sahədə düşüncəsi isə hələ bu dənizi sahildən izləməyə şərait yaradır.İnanıram ki, bizim cəmiyyətimiz çox yaxın gələcəkdə bu dənizi sahildən yox gəminin içindən izləməyə imkan verəcək dərəcədə marketinqi dərk edəcəkdir.Konsepsiyalarla, qaydalarla bir sözlə, elmi dildə danışıb sizi yormaq istəmədim.Sadəcə marketinqi mənim gözümlə də görməyiniz üçün çalışdım.Uğurlar!

Комментариев нет:

Отправить комментарий