Salam.Bu gün marketoloq olum? Ola
bilərəm?Yoxsa…….? Sualına cavab tapmaq üçün çox maraqlı və faydalı
bir yazını sizin ixtiyarınıza veririk . Əziz oxucu, bu bloq yazımda mən gənc bloqçu dostumuz Cavid bəyin dəyərli
bloqundan istifadə edirəm.
Mən Sizinlə bu yazıda uğurlu marketoloq olmaq üçün
ən vacib şərtlərdən biri olan peşəyə qarşı sevgidən danışacam. Beləliklə
başlayaq?!
Məndən soruşan olsa ki, dünyada ən sevdiyiniz peşə
nədir?! Mən heç düşünmədən
marketoloq deyərdim. Həqiqətəndə bu peşə insanda ətrafdakıları daha düzgün başa
düşməyə təmin edir, həqiqətəndə bu peşə insanda sərhədsiz düşüncə və ən əsası
ətrafdakı proseslərə, insanlara qarşı sevgi aşılayır. Marketinq bizə yalnız
insanları sevməyi öyrətmir, həmçinin izah edir ki, sevgigiz
marketinq olmaz. Bilirsiz niyə?!
Dostlar
bizim peşədə uğur
qazanmaq öz üzərində ciddi işləmək lazımdır. Deyə bilərsiniz ki, bu bütün
peşələrdə belədir. Düzdür. Lakin marketoloq digər peşə sahibləri ilə
müqayisədə daha çox oxumalı, daha çox düşünməlidir. Səbəbi çox sadədir. İnsan
yer üzərində ən dəyişkən canlıdır, biz marketoloqlar isə öz işimizi məhz insan
ehtiyyaclarının üzərində qururuq. Artıq yalnız insanların ettiyyaclarını öyrənmək
və bu ehtiyyacları ödəmək azdır... bügün biz yeni ehtiyyaclar yaratmalıyıq!!!
Dostlar
bizim peşədə uğur
qazanmaq üçün cəmiyyətdə gedən yeni tendensiyaları vaxtında və düzgün görmək
vacibdir. Marketoloq yalnız, marketinq bilməli deyil. Holliwooda yeni kino
çıxıb, birinci marketoloq təhlil etməlidir, yeni rep-ulduzu çıxıb birinci biz
baxmalıyıq, birinci fast-food tipi çıxıb (misal üçün) yenədə birinci biz başa
düşməliyik. Səbəb?! Səbəb cəmiyyətdə baş verən tendensiyaları biz düzgün qəbul
etməli və öz istəklərimizə uyğun dəyişməliyik.
Dostlar
bizim peşədə
uğur qazanmaq üçün keçmiş haqqında dolğun məlumata sahib olmalıyıq. Bəzən
marketoloq tarixi, tarixçilərdəndə yaxşı bilməlidir, bəzən marketoloq
etnoqrafiyanı öyrənməlidir, bəzən marketoloq psixoloqiyanı... və s. Bilirsizdə
bunun üçün nə qədər insan enerjisi lazımdır?! Əlbətdə bilirsiz.
Bəs Sizcə bunun üçün
marketoloqa nə stimul olmalıdır?!
Maddi motivasiya?!
Maddi motivasiya işçiyə 3 ay təsir edə bilər... bundan sonra?! Bundan nə
olacaq?! Bundan sonra əgər işə sevgi varsa... motivasiya qalacaq, olmasa heç
bir pul bunu kompensasiya edə bilməz. Ən qorxulusu isə budur ki, yalnız pula
görə işləyəndə işdə uğur qazanmaq olmur, uğur üçün ürək lazımdır. Urəkli olmaq
üçün isə, işə sevgi...
Öz peşənə sevgi ilə
yanaşırsansa, bu uğurun əsasıdır! İnsanda hər şeydən bezə bilər, lakin sevdiyi
işdən bezməz. Sevdiyin işi görmək, özü bir dincəlməkdir. Bu iş marketinq kimi,
intelektual düşüncə tələb edirsə, sevgi türklər demiş "olmazsa,
olmaz" olur.
Əsl marketoloq olmaq
üçün öz işinə sevgi olmalıdır. Bu sevgi olmadan bu qədər işi ürəklə görmək
mümkün deyil. İşinizə sevgi ilə yanaşın dostlar və ya daha asand yolu var: "Yalnız sevdiyiniz
işləri edin!"
Mən demək olar ki,
işləmirəm. Çünki gördüyüm hər bir iş mənə həzz verir. Bu əladır! Hər birinizə
marketinqdən (işdən, həyatdan) həzz almağı arzulayıram.
Müəllif:
PhD of Marketing, İlkin Manafov
Şəxsi bloq: www.ilkinmanafov.com
Комментариев нет:
Отправить комментарий